Kürdüstan Vətənpərvərlər İttifaqı Partiyasının nümayəndəsi Nizar Amidi İraqın yeni prezidenti seçilib, bu barədə INA agentliyi məlumat yayıb. Onun namizədliyini parlamentdə 227 deputat dəstəkləyib.
Bundan əvvəl İraqın hazırkı prezidenti Abdül Lətif Rəşid dövlət başçısı postuna namizədliyini irəli sürməkdən imtina edib. Eyni zamanda bu vəzifəyə namizədlərin sayı 16 nəfərə çatırdı. Abdül Lətif Rəşid 2022-ci ildən bu postu tuturdu.

