Meqan Marklın keçmiş əməkdaşları onunla işləməyin “çox çətin və ağır” olduğunu iddia ediblər. Bu barədə The Daily Beast nəşrinin podkast aparıcısı Tom Sayks məlumat yayıb.
Onun sözlərinə görə, şahzadə Harri və Meqan Marklın Avstraliyaya səfəri ilə bağlı yayılan görüntülər bəzi keçmiş əməkdaşlarda xoşagəlməz xatirələri yenidən gündəmə gətirib.
“Bu, tipik Meqandır — bir tərəfi ilə ictimaiyyətə gülümsəyir, digər tərəfi ilə isə kənardan görünməyən sərt münasibət göstərir.”
Mənbələrdən biri bildirib ki, həmin dövrdə yaşadığı münasibət ona psixoloji təsir göstərib. Digərləri isə Marklın rəhbərlik etdiyi şəxslərə qarşı sərt və tələbkar davrandığını iddia ediblər.
Nəşr qeyd edir ki, əvvəlki illərdə də onunla işləyən bəzi şəxslər oxşar şikayətlər səsləndirib və iş mühitinin gərgin olduğunu vurğulayıblar.

