Sasseks hersoginyası Meqan Markl 35 min dollar dəyərində zinət əşyaları ilə evsizlər üçün sığınacaqda görünüb. Bu barədə Page Six məlumat yayıb.
Meqan Markl Avstraliyaya səfəri çərçivəsində Melburn şəhərində yerləşən McAuley Community Services for Women sığınacağını ziyarət edib. Şahzadə Harrinin həyat yoldaşı məişət zorakılığı ilə üzləşmiş və evsiz qalmış qadınlara nahar paylayıb. Sasseks hersoginyası 26 200 dollar dəyərində Cartier Tank Française saatı, 7 950 dollarlıq sarı qızıldan Cartier qolbağı və 780 dollar dəyərində Real Fine Studio qızıl sırğaları ilə ictimaiyyət qarşısına çıxıb. Meqan Markl həmçinin 892 dollarlıq qara Karen Gee Priscilla midi donu və uyğun hündürdaban ayaqqabı geyinib.
Aprelin 10-da cütlük Kaliforniyada keçirilən Beef Season Two Tastemaker tədbirində iştirak edib. Onlar Netflix rəhbəri Ted Sarandos və həyat yoldaşı Nicole Avant ilə birlikdə görüntüləniblər. Meqan Markl zeytun rəngli bədənə oturan don, Şahzadə Harri isə ağ köynək və tünd-göy kostyum geyinib. Hersoginya saçlarını açıq saxlayıb və təbii üslubda makiyaj edib.

Bundan əvvəl məlum olub ki, Nyu-Yorkda keçirilən Kostyum İnstitutunun balına cütlük dəvət olunmayıb. The News International nəşri insayderə istinadən yazıb ki, tədbirin təşkilatçısı, Vogue jurnalının keçmiş baş redaktoru Anna Vintur onların tədbirdə iştirakını istəmir, çünki onların “həmişə yalnız özlərini düşündüyünü” hesab edir.

