Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı zamanı bildirib ki, xüsusi hərbi əməliyyatın məqsədləri istənilən halda əldə olunacaq.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlama verib.
“Prezidentimiz bir daha təsdiqlədi ki, xüsusi hərbi əməliyyatın məqsədləri istənilən halda əldə olunacaq”, — deyə Yuri Uşakov bildirib.
O əlavə edib ki, Moskva problemin danışıqlar yolu ilə həllinə üstünlük verir.
“Biz istəyərdik ki, bu, danışıqlar prosesi nəticəsində baş versin. Bunun üçün Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə irəli sürülən təkliflərə, o cümlədən ABŞ tərəfindən təqdim olunan təşəbbüslərə müsbət yanaşmalıdır”, — deyə Uşakov qeyd edib.

