ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard ailə səbəbləri ilə vəzifəsindən istefa verib.
Bu barədə Fox News müvafiq sənədə istinadən məlumat yayıb. Məlumata görə, Qabbardın istefası 30 iyun 2026-cı ildən qüvvəyə minəcək.
Bildirilir ki, o, bu qərarı həyat yoldaşı Abraham Uilyamsa nadir sümük xərçəngi diaqnozu qoyulmasından sonra qəbul edib. Associated Press də Qabbardın ərinə müalicə prosesində dəstək olmaq üçün postundan ayrıldığını yazır.
Təəssüf ki, 30 iyun 2026-cı ildən istefa verməliyəm. Həyat yoldaşım Abrahama bu yaxınlarda son dərəcə nadir sümük xərçəngi diaqnozu qoyulub,— deyə Tulsi Qabbard istefa ərizəsində bildirib.
Gözlənilir ki, Qabbard iyunun sonunadək vəzifə səlahiyyətlərini tam şəkildə yerinə yetirəcək. Bundan sonra isə diqqətini ailəsinə və həyat yoldaşının müalicəsinə yönəldəcək.

