Fransanın keçmiş prezidenti Jak Şirakın xanımı Bernadett Şirak 93 yaşında vəfat edib.
Bu barədə AFP məlumat yayıb.
Onun qızı Klod Şirak agentliyə açıqlamasında bildirib ki, Bernadett Şirak axşam saatlarında yaxınlarının əhatəsində, sakit şəkildə dünyasını dəyişib.
“O, axşam saatlarında, yaxınlarının əhatəsində, sakit şəkildə vəfat etdi”, deyə Klod Şirak bildirib.
Bernadett Şirak 1971-ci ildə ilk dəfə Korrez departamentində yerləşən Sarran kommunasının bələdiyyə şurasına seçilib. 1979-cu ildən etibarən isə 36 il ərzində həmin departamentin baş məsləhətçisi vəzifəsini tutub.
Qeyd edək ki, Jak Şirak prezidentlikdən başqa iki dəfə Fransanın baş naziri, üç dəfə isə Paris meri olub. O, 2019-cu ilin payızında vəfat edib.
İnsult keçirdikdən və bir sıra xəstəliklərdən əziyyət çəkdikdən sonra həyatının son illərində Jak Şirak rəsmi mərasimlərdə iştirak etmirdi və nadir hallarda qonaq qəbul edirdi. O, Monparnas qəbiristanlığında, böyük qızının yanında dəfn olunub.

