Radio New Zealand (RNZ) xəbər verir ki, Ceyms Bond seriyasının məşhur filmi “Die Another Day” (“Öl, amma indi yox”, 2002) ilə tanınan rejissor Li Tamahori 75 yaşında dünyasını dəyişib.
Ailəsinin məlumatına görə, Tamahori evində, yaxınlarının əhatəsində vəfat edib.

O, kinoda debütünü 1994-cü ildə “Once Were Warriors” (“Bir zamanlar döyüşçü idilər”) filmi ilə etmişdi. Bu film ona böyük tanınma qazandırmış, Bond seriyasındakı əsəri isə beynəlxalq şöhrət gətirmişdi.
Ümumilikdə Li Tamahori 16 film çəkmişdi.

