Qırğızıstan Avropa İttifaqına uçuşların həyata keçirilməsinə qadağa tətbiq edilən aviadaşıyıcıların Avropa “qara siyahısı”ndan çıxarılıb. Bu barədə respublika prezidenti Sadır Japarovun saytında məlumat verilib. Qərar Aİ-nin Uçuş Təhlükəsizliyi Komitəsinin iclasından sonra qəbul edilib. Ölkənin aviaşirkətlərinə 20 ildən çox müddət ərzində, yəni 2006-cı ildən Avropaya uçuşlar həyata keçirmək qadağan olunmuşdu.
Açıqlamada deyilir:
Qırğız Respublikası Avropa İttifaqına uçuşların həyata keçirilməsinə qadağa tətbiq edilən aviadaşıyıcıların siyahısından çıxarılıb.
Artıq Qırğızıstanda sertifikatlaşdırılmış bütün aviaşirkətlər Avropa İttifaqına uçuş məhdudiyyətlərinə tabe olmayacaq. Bəyanatda qeyd olunur ki, Avropa Komissiyası əldə olunan irəliləyişi, o cümlədən texniki məsləhətləşmələri, 2026-cı ilin martında keçirilmiş qiymətləndirmə səfərini və Brüsseldə baş tutan dinləmələri yüksək qiymətləndirib.
Brüssel əldə olunan nəticələrin qorunub saxlanılması üçün Qırğızıstanla texniki əməkdaşlığı davam etdirəcək.

