Ankara yaxınlığında qəzaya uğrayan, göyərtəsində Liviyanın Baş Qərargah rəisinin olduğu Falcon 50 təyyarəsi Malta qeydiyyatında olan aviaşirkətə məxsus olub və 37 il ərzində uçuşlar həyata keçirib. Bu barədə TASS-a Avropa İttifaqının aviasiya dairələrindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, qəzaya uğrayan təyyarə Malta aviaşirkəti tərəfindən biznes-aviasiya üzrə çarter reyslərdə istismar olunub. Hava gəmisi ilk uçuşunu 1988-ci ildə həyata keçirib. 2022-ci ilin yayında Falcon 50 texniki baxışdan keçib.
Bildirilir ki, təyyarə demək olar ki, hər gün Avropa İttifaqı daxilində, eləcə də Yaxın Şərq və Afrika ölkələrinə uçuşlar edib.

