Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, İrəvan Avrasiya İqtisadi Komissiyasına müraciət edib.
Bu barədə RIA Novosti məlumat yayıb.
Müraciətə səbəb Ermənistan məhsullarının Rusiyaya ixracı ilə bağlı yaranan problemlər olub.
Papoyan deyib:
Biz AAK-ya müraciət etmişik ki, komissiya bizə tətbiq olunan maneələr və məhdudiyyətlər məsələsini nəzərdən keçirsin. Orada prosedurlar var və biz də həmin prosedurlara əsaslanırıq.

