ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun səlahiyyətlərini icra edən Uilyam Pultenin təyinatından sonra qurumun aparatından 50-dən çox əməkdaş çıxarılıb.
Bu barədə CBS mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 6 əməkdaş işdən azad edilib, daha 45 nəfər isə öz profil qurumlarına geri göndərilib.
Mənbələr bildiriblər ki, Pulte bölmə rəhbərlərindən ştatların ixtisarı ilə bağlı təkliflər istəyib. Onlardan birinin sözlərinə görə, bəzi müavinlər daha genişmiqyaslı ixtisarların tərəfdarı olsalar da, Pulte hazırkı ixtisarların kifayət etdiyini bildirib.
Hazırda yeni işdən çıxarmaların planlaşdırılmadığı qeyd olunur.

