ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) iş prosesinin optimallaşdırılması çərçivəsində 2 min əməkdaşını ixtisar edib.
Bu barədə Defense One mənbələrə istinadla yazır, Denmedia.az xəbər verir.
Nəşr qeyd edir ki, həmin ixtisarlar Trampın ikinci müddətində federal hökumətin ölçülərinin azaldılmasına və kəşfiyyat qurumlarındakı “şişmə və siyasiləşmə” iddialarının aradan qaldırılmasına yönəlmiş çoxaylıq siyasi təzyiqin nəticəsidir:
“Bu "təmizləmə" Tramp administrasiyasının federal dövlət aparatını kiçiltmək məqsədilə təzyiqinin bir əksidir.”
Mənbələrin sözlərinə görə, NSA əməkdaşlarının bir hissəsi işdən çıxarılıb, bir hissəsi öz istəyilə gedib, digərləri isə təxirə salınmış ixtisar razılaşmalarını qəbul ediblər: onlar dövlət xidmətini vaxtından əvvəl tərk ediblər, lakin bir neçə ay ərzində maaş almağa davam edəcəklər.
Eyni zamanda, NSA-nın dəqiq personal sayı rəsmi olaraq açıqlanmadığı üçün ixtisar edilənlərin faiz göstəricisi məlum deyil. Lakin Merilend ştatının ötən il dərc etdiyi rəsmi bülletenə əsasən, agentliyin təqribən 39 min əməkdaşı var.

