Vaşinqton Venesuelada baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək etməyi planlaşdırır. Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı bildirib.
Trampın sözlərinə görə, Karakasda çox güclü seysmoloji hadisə baş verib.
ABŞ Prezidenti yardımın hansı formatda göstəriləcəyini açıqlamayıb. O, planlaşdırılan dəstəklə bağlı digər detalları da paylaşmayıb.
Qeyd edək ki, Venesuelada zəlzələlər iyunun 25-nə keçən gecə baş verib. Seysmoloji hadisənin ocağı 35 kilometr dərinlikdə yerləşib. Ekspertlər 6,2 və 7,1 maqnitudalı yeraltı təkanlar qeydə alıblar.

