Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da qeydə alınıb.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

