ABŞ siyasi sığınacaq üçün müraciət edən əcnəbilərin qəbulunu faktiki olaraq dayandırır. Bunu Ağ Ev əməkdaşları aparatının rəhbər müavini Stiven Miller bildirib.
Onun sözlərini ABŞ administrasiyasının mətbuat xidməti yayıb.
Millerin sözlərinə görə, siyasi sığınacaq istəyən şəxslərin digər ölkələrə yönləndirilməsi nəzərdə tutulur.
O, həmçinin ABŞ hakimiyyətinin Meksika ilə sərhəddə nəzarəti gücləndirməyə davam etdiyini vurğulayıb.
Ağ Evdə hesab edirlər ki, ölkənin cənub-qərb sərhədində verilən sığınacaq müraciətlərinin böyük hissəsi əsassızdır.

