Almaniya yeni qaçqınların qəbulundan imtina edib. Bu barədə Süddeutsche Zeitung (SZ) ölkənin daxili işlər naziri Aleksandr Dobrindtə istinadən məlumat yayıb.
“Almaniya, AB üzv ölkələrinə təzyiqi azaltmaq məqsədi daşıyan yeni Avropa həmrəylik mexanizmi çərçivəsində əlavə sığınacaq müraciət edənləri qəbul etməyəcək”, — deyə məqalədə bildirilir.
Məlumatda dəqiqləşdirilir ki, yaxın vaxtlarda Avropa İttifaqı daxilində 21 minə qədər sığınacaq müraciət edən şəxs köçürüləcək.
Bu addım ən çox qaçqın yükü daşıyan ölkələrdə vəziyyəti yüngülləşdirmək məqsədi daşıyır.

