ABŞ administrasiyası ölkəyə gələn sığınacaq axtaranların deportasiyasını planlaşdırır.
DenMedia.az -ın məlumatına görə, bu barədə prezident Donald Tramp açıqlama verib.
O, belə şəxslərin ölkədən çıxarılmasının çətinliyini etiraf etsə də, planın dəyişməz olduğunu vurğulayıb.
“Sığınacaq istəyənləri deportasiya etmək çox çətindir. Necə etmək istəsən də, bu proses ağırdır. Amma indi biz onların hamısını ölkədən çıxarmağa başlayacağıq,” — deyə Tramp bildirib.
Prezidentin sözlərinə görə, ABŞ-a bu məqsədlə gələn hər kəs deportasiya olunacaq və administrasiya bu qərarı icra etmək üçün sərtləşdirilmiş mexanizmlər hazırlayır.

