Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer ABŞ-ın İranla münaqişədə uğursuzluğa düçar olduğunu bildirib.
O, Funke media qrupuna müsahibəsində deyib ki, bu vəziyyət Fars körfəzi regionunda mənfi dəyişikliklərə səbəb ola bilər.
Fişerin fikrincə, Tehran nüvə proqramını inkişaf etdirməyə davam edəcək və bu, regionda nüvə silahlanması yarışını sürətləndirə bilər.
“Bu, fəlakətli məğlubiyyət deyilsə, bəs nədir? Bu müharibə regionu dəyişəcək — özü də yaxşı istiqamətdə yox. Onsuz da qeyri-sabit olan Fars körfəzi bölgəsində bizi nüvə silahlanması yarışı kabusu gözləyir”, — deyə keçmiş nazir bildirib.
Fişer həmçinin İranın Hörmüz boğazı üzərində təsir imkanlarını qoruduğuna diqqət çəkib. Onun sözlərinə görə, bu, Tehrana dünya iqtisadiyyatına təsir etmək üçün ciddi rıçaq verir.

