Şahzadə Harri və həyat yoldaşı Meqan Markl uşaqları ilə birlikdə Los-Ancelesdən Birmingemə uçmaq üçün özəl təyyarə kirayələyib və səfərə təxminən 120 min dollar xərcləyiblər.
Page Six nəşrinin məlumatına görə, təxminən 10 saat davam edən uçuşun qiyməti saatda 12 min dollara çata bilər.
Cütlüyün seçdiyi təyyarə kifayət qədər lüks imkanlara malik olub. Laynerdə iki vanna otağı, 13 sərnişin üçün oturacaq və 6 nəfərin yerləşə biləcəyi 5 yataq yeri var.
Bundan əlavə, təyyarənin baqaj bölməsinə 12–15 orta ölçülü çamadan yerləşdirmək mümkündür.
Denmedia.az

