Norveç kralı Harald V-in vəfatından sonra taxta onun oğlu, 53 yaşlı Haakon keçib. Norveç Kral Evinin məlumatına görə, yeni monarx Haakon VIII rəsmi adını götürüb.
Yeni kralın şüarı isə dəyişməz qalıb:
“Haakon VIII – Hər şey Norveç üçün.”
Kral Evi yeni monarxın portretini də yayımlayıb.

Xatırladaq ki, kral Harald V bu gün, avqustun 28-də, 89 yaşında vəfat edib. Norveç Kral Evinin rəsmi məlumatında onun Oslo Universitet Xəstəxanasında dünyasını dəyişdiyi bildirilib.

Haakon atasının ölümünədək taxtın birinci varisi idi. Norveçin varislik qaydalarına əsasən, taxt birbaşa nəsil xətti üzrə ötürülür.

