Böyük Britaniya qanunvericiliyinə əsasən, Kral Charles III-ün qardaşı Andrew Mountbatten-Windsor Britaniya taxtının varislik xəttində hələ də səkkizinci yerdə qalır. Bu barədə RİA Novosti məlumat yayıb. Onun titullardan məhrum edilməsi və həbsi varislik siyahısından avtomatik çıxarılmasına səbəb olmur.
Qanunvericiliyə görə, kral ailəsinin üzvünü varislik xəttindən yalnız parlamentin xüsusi qanunu ilə çıxarmaq mümkündür. Bu prosedur sonuncu dəfə 1936-cı ildə kral Edward VIII-ə qarşı tətbiq edilib.
Endryunun taxt hüququndan məhrum edilməsi üçün isə yalnız Britaniya parlamentinin qərarı kifayət etmir – bu addım üçün bütün Birlik dövlətlərinin razılığı tələb olunur.
Hazırda taxtın birinci varisi şahzadə William olaraq qalır.

