2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219 şagird, XI siniflərini 37 222 şagird, XII siniflərini isə tam orta təhsil pilləsi üzrə əyani-qiyabi orta məktəblərdə və qiyabi siniflərdə 78 şagird bitirir.
Bu barədə idarədən məlumat verilib.
Qeyd olunur ki, paytaxtın ümumi təhsil müəssisələrində I sinfi 41 941 şagird başa vurur.
Ümumilikdə məktəblərdə 530 988 şagird təhsil alır, Bakı şəhəri təhsil sistemində 32 052 müəllim çalışır.
Bundan başqa, 2025-2026-cı tədris ilində məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.
Xatırladaq ki, idarənin tabeliyində 371 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

