Den.az Report-a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq "Astara" Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən vətəndaşların keçidi təmin olunub.
Buraxılış məntəqəsindən kənarda xüsusi ofislər yaradılıb. Burada ayrı-ayrı ölkələrin diplomatik nümayəndəliyin təmsilçiləri vətəndaşlarını qəbul edir. Təxliyə olunan hər bir şəxs Azərbaycan tərəfində gördükləri xoş münasibət və rahat, təhlükəsiz keçidə görə minnətdarlıq ediblər.
Uzun yol qət etdikdən və bir neçə saat İran tərəfinin gömrük postunda gözləməli olan xarici vətəndaşlara zərurət yarandığı halda tibbi yardım xidməti göstərilir.