İran ABŞ və İsraillə davamlı sülhün mümkün olması üçün irəli sürdüyü şərtləri açıqlayıb. Bu barədə Rusiyadakı səfir Kazem Cəlali TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ilk tələb aqressiv hərəkətlərin və terror aktlarının tam və qeyd-şərtsiz dayandırılmasıdır.
“1. Aqressiyanın və terror aktlarının tam dayandırılması; 2. Aqressiya və müharibənin təkrarlanmasının qarşısını almaq üçün obyektiv və etibarlı təminatların verilməsi”
Üçüncü şərt olaraq Tehran bütün maddi və mənəvi zərərin tam şəkildə ödənilməsini tələb edir.
Dördüncü bənd isə Hörmüz boğazında İranın hüquqi yurisdiksiyasının tanınmasıdır, bu da beynəlxalq gəmiçiliyin təhlükəsizliyi üçün vacib sayılır.
Diplomat qeyd edib ki, İran regionda sabitliyin təmin olunmasına yönəlmiş səmimi təşəbbüsləri dəstəkləyir, lakin hər hansı sülh təşəbbüsü real vəziyyətə uyğun olmalı və irəli sürülən hüquqi-siyasi şərtləri nəzərə almalıdır.

