ABŞ İranla yekun razılaşmanın əldə olunması üçün danışıqları davam etdirmək niyyətindədir.
Bu barədə The Wall Street Journal mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqton İslam Respublikası ərazisinə yeni zərbələr endirilməsinə baxmayaraq, Tehranla razılaşma yolunu tam bağlamaq istəmir.
Mənbə bildirib ki, Ağ Ev İranın Hörmuz boğazındakı hərəkətlərini qəbuledilməz hesab edib və bunun sərt cavab tələb etdiyini düşünür.
Bununla yanaşı, amerikalı rəsmi vurğulayıb ki, ABŞ İranla dialoqun bərpasında və əldə olunan razılaşmaların yekunlaşdırılmasında maraqlıdır.

