ABŞ İranla, o cümlədən onun nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi istiqamətində işi davam etdirmək niyyətindədir. Fox News xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens bildirib.
Onun sözlərinə görə, Vaşinqton İranın nüvə proqramı üzrə uzunmüddətli tənzimləməyə nail olmağı mümkün hesab edir.
Vens vurğulayıb ki, Ağ Ev bu yanaşmanı ABŞ-ın milli maraqlarına uyğun sayır. O əlavə edib ki, İsrailin mövqeyi Vaşinqtonun bu məsələ üzrə Tehranla razılaşma əldə etmək istəyinə təsir etməyəcək.

