ABŞ İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyata başlayaraq Tehranla qarşıdurmanın “son mərhələsinə” keçir.
Bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent Financial Times üçün yazdığı məqalədə bildirib. O, yeni tədbirlərin detallarının bazar ertəsi keçiriləcək mətbuat konfransında açıqlanacağını qeyd edib.
ABŞ Prezidenti Donald Tramp avqustun 20-də “misli görünməmiş miqyasda təcrid” siyasətinin başladığını elan edərək müttəfiqlərini də bu təşəbbüsə qoşulmağa çağırmışdı.
Bessentin sözlərinə görə, İranın hərbi potensialı artıq əhəmiyyətli dərəcədə zəiflədilib və indi maliyyə təzyiqi mərhələsi başlayır.
“Sübh açılanda iqtisadi ‘D günü’ başlayır – bu, indiyədək rəqibə qarşı həyata keçirilmiş ən böyük maliyyə hücumudur”, – Bessent yazıb.
Nazir bununla belə vurğulayıb ki, iqtisadi strategiyaya keçid hərbi vasitələrdən imtina edilməsi demək deyil.
Vaşinqton bundan sonra Tehrana qarşı diplomatik, iqtisadi və hərbi vasitələri birləşdirən kompleks təzyiq strategiyası tətbiq etməyi planlaşdırır.

