ABŞ İrana qarşı iqtisadi təzyiq siyasəti çərçivəsində müttəfiqlərini seçim qarşısında qoymaq niyyətindədir.
ABŞ-nin maliyyə naziri Scott Bessent CNBC telekanalının efirində bildirib ki, Vaşinqton tərəfdaşlarından ABŞ-nin yanında və ya ona qarşı olduqlarını müəyyənləşdirməyi tələb edəcək.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Tehrana qarşı iqtisadi əməliyyatın başladığını açıqlayıb və bunu “görünməmiş miqyasda təcrid” adlandırıb. Tramp tərəfdaş ölkələri də bu siyasətə qoşulmağa çağırıb.
Bessent deyib:
“İqtisadi təzyiq o deməkdir ki, biz bütün müttəfiqlərimizə müraciət edirik. Bu, dünya tarixində ən böyük koordinasiyalı iqtisadi təcrid olacaq. Biz onlara deyirik: ya bizimləsiniz, ya da bizə qarşı.”

