NBC News-un məlumatına görə, Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə İranın cavab zərbələri rəsmi açıqlamalarda göstəriləndən daha ciddi nəticələrə səbəb olub.
Mənbələrin bildirdiyinə görə, bir sıra hərbi bazalar “əhəmiyyətli zərər” alıb və onların bərpası üçün milyardlarla dollar tələb oluna bilər.
Bildirilir ki, zərbələr radar sistemləri, təyyarələr, hangarlar, peyk rabitə infrastrukturu və uçuş zolaqlarını hədəf alıb.
Məlumata əsasən, ABŞ və İsrailin hərbi əməliyyatlarının başlanmasından sonra Tehran regiondakı onlarla ABŞ obyektinə operativ şəkildə zərbələr endirib.
Telekanal həmçinin qeyd edir ki, Pentaqonun bu məsələdə ətraflı məlumat açıqlamaması ABŞ-da bəzi respublikaçı qanunvericilərin narazılığına səbəb olub.
“Bu məsələ ilə bağlı həftələrdir suallar veririk, amma hələ də ətraflı cavab almamışıq,” — deyə Konqres üzvlərindən birinin köməkçisi bildirib.

