noy
2023
18:04
209

Xaçmazda 36 yaşlı şəxsi öldürən şəxs müəyyən edilərək saxlanılıb-YENİLƏNİB

2 noy, 2023
18:04
209

Xaçmazda 36 yaşlı şəxsi öldürən şəxs müəyyən edilərək saxlanılıb-YENİLƏNİB

Qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin isti izlərlə açılması təmin edilib.

Noyabrın 2-də 1987-ci il təvəllüdlü Samir Alxasovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Oruc Nəsrullayevin noyabrın 01-də saat 17 radələrində  Xaçmaz rayonu, Xudat şəhəri ərazisində, avtomobil yolunun kənarında aralarında yaranmış mübahisə zamanı tanışı Samir Alxasovu bıçaqla xəsarət yetirərək qəsdən  öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Oruc Nəsrullayev prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

************************************

Xaçmazda 36 yaşlı şəxs qətlə yetirilib


Belə ki, Noyabrın 2-i saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.


DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Den.az-a  bildirilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırmalar aparılır.


Əlavə məlumat veriləcəkdir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar