22 
fev
2024
13:22
400

Ağdamda 20 yaşlı qızı atası öldürübmüş - FOTO

22 fev, 2024
13:22
400

Ağdamda 20 yaşlı qızı atası öldürübmüş - FOTO

Ağdamda 4 il əvvəl itkin düşən qızın atası tərəfindən qətlə yetirildiyi məlum olub.

Den.az-ın məlumatına görə, hadisə rayonun İmanqulubəyli qəsəbəsində baş verib. 2020-ci ildə, kənd sakini 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızının naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri uzun müddət nəticəsiz qalsa da, fevralın 22-də daxil olan əməliyyat məlumatları əsasında N. Nəcəfovanın qətlə yetirilmiş meyiti yaşadığı evin həyətindəki quyudan aşkarlanıb. Məlum olub ki, 20 yaşlı qız, atası Nəcəfov Şikar Süleyman oğlu tərəfindən qətlə yetirilərək evin həyətyanı sahəsində basdırılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar