Denmedia.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Konqres Mərkəzində keçirilən “Şəhər və məkan bizim sivilizasiyamızda” mövzusundakı urbanistika sammitində çıxış edib.
Dövlət başçısı çıxışı zamanı Azərbaycan–Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarə ilə bağlı dərin kədərini ifadə edib:
“Bu gün dərin hüzn içində öyrəndik ki, Azərbaycandan ölkəmizə uçan C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan və Azərbaycanın sərhədində qəzaya uğrayıb.
Biz təyyarənin qalıqlarının axtarışı ilə bağlı hər iki ölkənin rəsmiləri ilə koordinasiyalı şəkildə çalışırıq.
Ümid edirik ki, bu faciə mümkün qədər az itki ilə nəticələnəcək.
Uca Allah həlak olanlara rəhmət eləsin.”

