Bloomberg xəbər verir ki, dünyanın ən varlı insanlarından biri, amerikalı milyarder Uorren Baffet “Berkshire Hathaway” şirkətinin rəhbəri kimi son məktubunu yazıb. O bildirib ki, ilin sonunda rəhbərliyi vitse-sədr Qreq Abelə təhvil verəcək.
Baffet həmçinin 1,3 milyard dollardan çox məbləği xeyriyyə fondlarına bağışlayacağını açıqlayıb.
“95 yaşlı investor dörd ailə fonduna 1,3 milyard dollardan artıq vəsait ayırıb, həmçinin ‘Berkshire Hathaway’-in illik məktublarını və iclas çıxışlarını dayandıracağını bildirib,” — deyə məqalədə qeyd olunur.
Planlara əsasən, 2026-cı ildə Qreq Abel şirkətin baş direktoru (CEO) postunu tutacaq, lakin Baffet idarə heyətinin sədri olaraq qalacaq.
Uorren Baffet bildirib ki, “Berkshire Hathaway”in gələcəyi parlaqdır, lakin 10–20 ildən sonra şirkətin ölçüsünü nəzərə alsaq, bazarda daha çevik və uğurlu yeni oyunçular meydana çıxacaq.

