Başında tacı, meyvələrin şahı, min bir dərdin dərmanı — nar. Göyçayda yazın ilk aylarından etibarən kəndlilərin sevgi və zəhmətlə qulluq etdiyi bu qiymətli meyvə artıq satış üçün hazırdı. Rayonun demək olar ki, bütün kəndlərində nar yığımına start verilib.Qadınlar səhər tezdən vedrələrini götürüb bağlara yollanırlar.Yazdan payıza qədər kəndlilər bağlarda əllərindən gələni ediblə rki, məhsul bol, keyfiyyətli və bazaar yararlı olsun.İndiisə aylarla zəhmət çəkdikləri, yetişdirdikləri meyvəni ehtiyatla, zədələmədən, budağa zərər vermədən yığırlar.Kişilər əsasən ağır işləri – yükləmə və daşınmanı həyata keçirirlərsə, yığım prosesinin səliqə və diqqət tələb edən hissəsini qadınlar yerinə yetirirlər.
Bir-bir ağaclardan dərilən meyvələr əvvəlcə vedrələrə, daha sonar sahədə gözləyən traktorların qoşqularına yüklənir.Proses sadə görünsədə, kifayət qədər diqqət və zəhmət tələb edir.Göyçayda narın bir neçə növü mövcud olsa da, amma əsasən kəndlilər, fermerlər narın gülövşə sortuna üstünlük verirlər. Çünki gülövşə növ nar həm yerli, həm də xarici bazarlara rahatlıqla çıxarılır eyni zamanda sərfəli qiymətə satılır.Ötən illə müqayisədə bu il qiymətlər fermerləri qane etsədə, məhsuldarlığın aşağı olması ürək açan deyil.
Ağaclardan dərilən nar əvvəlcə bağdan daşınır. Daha sonar çeşidlənərək qablaşdırılan məhsulun birinci növü xarici bazarlara göndərilmək üçün iritutumlu maşınlara yığılır.Xarici bazarlara yanaşı,Göyçay narına və ondan hazırlanan məhsullara yerli bazarda da kifayət qədər alıcı marağı var. Günün istənilən saatında bazaar gələnlər əsasən nar və nar məhsulları almağa gəlirlər.Bazarda narın növünə, ölçüsünə və rənginə görə qiymətlər fərqlənir.Əsas tələbat şirin, Balamürsəl, Şıxabala, Vələs və Gülövşə sortlarındadı. Qiymətlər 60 qəpikdən 8 manata qədər dəyişməkdədi və son günlər bahalaşma müşahidə olunur.Şirə zavodları da məhsul qəbuluna başlayıb.Xatırladaq ki,narçılıq Göyçayda kəndlilərin əsas gəlir mənbəyidi. Xüsusilə Bığır, Alxasava və Qarayazı kəndlərində bu sahə daha çox inkişaf edib.Hazırda rayonda minlərlə hektar nar bağı mövcuddu, hər il yeni tinglər əkilir.Qeyd edək ki, Göyçay narı — zəhmətin, halal ruzinin və bolluğun rəmzidi.Bu gün Göyçay narı,Azərbaycanın hüdudlarını aşaraq dünyanın bir çox ölkələrinin süfrəsini bəzəyir.
Aqil Əsədov
DenMedia.az

