People jurnalının məlumatına görə, Nebraskanı təmsil edən Omaha şəhərindən olan Aleks Simpson həkimlərin bütün proqnozlarını alt-üst edib. 2005-ci ildə hidranensefaliya diaqnozu ilə — yəni beyin toxuması olmadan doğulan Aleks bu payız 20 yaşını qeyd edib.
Həkimlər onun cəmi 4 il yaşayacağını düşünürdülər, amma Simpson ailəsi qızlarının həyatını “möcüzə” və “sevginin gücü” adlandırır.
“Aleks əsl döyüşçüdür,” — deyə valideynləri bildirib.
Onların sözlərinə görə, qız nə görə, nə eşidə bilir, amma yaxınlarının varlığını hiss edir və onların emosiyalarına reaksiya verir.
Statistikaya görə, hidranensefaliya hər 5–10 min hamiləlikdən birində rast gəlinir və adətən uşaqlar ilk il ərzində həyatını itirir. Aleksin 20 yaşına çatması tibbdə nadir və izaholunmaz hadisə hesab olunur.

