Böyük Britaniyada yaşlılar evinin rəhbəri Camiel Slayni-Sammers 85 yaşlı Rita Barnslinin saxta vəsiyyətini hazırladığına görə təqsirli bilinib, — Daily Mail xəbər verir.
Barnsli 2020-ci ilin mayında qocalar evinə yerləşdirildikdən dərhal sonra Slayni-Sammersin fırıldaq sxemlərinə tuş gəlib. Qadın onun hesabından pul çıxararaq guya “çiçək və tibbi ləvazimatlar” aldığını deyib. Əslində isə 638 min rubl (təxminən 6 min funt) dəyərindəki vəsaiti onlayn bingo oyunlarına xərcləyib.
2021-ci ilin avqustunda Barnsli vəfat etdikdən sonra Slayni-Sammers “vəsiyyət” sənədi təqdim edib. Sənədə əsasən, qadının əmlakının yarısı baxıcıya, qalan yarısı isə digər iki işçiyə — Qrem Uokerə və onun həyat yoldaşı Linə keçməliymiş. Barnslinin əmisi qızı sənədin saxtalaşdırıldığını sübuta yetirərək polisə müraciət edib.
Araşdırma zamanı məlum olub ki, Slayni-Sammersə qarşı şikayətlər hələ 2014-cü ildən mövcud olub. Onun keçmiş həmkarı Aleksandra Kuper-Kayt bildirib ki, qadın çayına diazepam (sakitləşdirici və qıcolma əleyhinə dərman) qatıb və sonra onu əsassız şəkildə işdən qovub.
2023-cü ilin avqustunda isə Slayni-Sammers növbəti fırıldağını həyata keçirib: o, bir qadına “xəstələrə qulluq etməyi öyrənmiş it” adı altında sadə bir iti satıb.

