ABŞ-da məşhur siyasi şüar olan MAGA ifadəsi “Make America Great Again” — “Amerikanı yenidən möhtəşəm edək” sözlərinin abreviaturasıdır. Bu sloqanı ABŞ prezidenti Donald Tramp hələ 2016-cı il seçki kampaniyası dövründə populyarlaşdırmışdı.
İsrailin Ynet saytı yazır ki, Tramp Suriyanın prezidenti Əhməd əş-Şəraaya “MAGA” yazılı qırmızı kepka hədiyyə edib. Suriya lideri hədiyyə ilə bağlı açıqlamasında bildirib ki, kepkanı özü ilə aparacaq.
“Bu, Trampın şəxsən mənə təqdim etdiyi simvolik hədiyyədir. Onu özümlə aparacam,” — deyə Əhməd əş-Şəraa bildirib.
Qeyd olunur ki, bu kepka eksklüziv deyil — onu Trampın rəsmi mağazasından 55 dollara almaq mümkündür.

