2026-cı ildə Səudiyyə Ərəbistanı rusiyalı müsəlmanlara müqəddəs yerləri ziyarət etmək üçün 25 min nəfərlik kvota təqdim edəcək.
Denmedia.az xəbər verir ki, bu barədə Rusiya Müsəlmanlarının Ruhani İdarəsi sədrinin müavini, müfti Ruşan Abbyasov məlumat verib. Onun sözlərinə görə, ikitərəfli saziş Ciddə şəhərində imzalanıb.
“Səudiyyə Ərəbistanının Həcc və Ümrə işləri üzrə naziri cənab Taufiq bin Fovzan ər-Rabia rusiyalı zəvvarların nizam-intizamını, həmçinin hər qrupda tibb işçilərinin olmasını xüsusi vurğuladı. Onlar yalnız həmvətənlərinə deyil, bütün zəvvarlara yardım göstərməyə hazırdırlar,” — deyə müfti Ruşan Abbyasov bildirib.

