Yaponiyanın şərq və şimal-şərq sahillərinə doğru təxminən üç metr hündürlüyündə sunami yaxınlaşır.
Bu barədə DenMedia.az ölkənin meteorologiya idarəsinə istinadən xəbər verir.
Məlumata görə, 7,6 maqnitudalı zəlzələdən sonra sunami təhlükəsi elan edilib. HokKaydo, Aomori və İvate prefekturalarında sahil sakinləri dərhal təhlükəsiz yerlərə təxliyə olunmağa çağırılıb.
Hazırkı vaxta qədər xəsarət alanlarla bağlı məlumat yoxdur. Bununla yanaşı, Yaponiyanın Baş nazirinin Aparatında Sanaa Takaiti rəhbərliyi ilə təcili qərargah fəaliyyətə başlayıb – qərargah məlumatların toplanması, təhlili və fövqəladə xidmətlərin koordinasiyası ilə məşğul olur.
“Əvvəlcə əhalimizin həyatını və sağlamlığını qorumaq üçün mümkün olan hər şeyi etmək lazımdır”, — deyə Yaponiyanın hökumət başçısı vəziyyəti şərh edib.
Agentliyin məlumatına görə, zəlzələ nəticəsində ölkənin şərq və şimal-şərq bölgələrində Shinkansen sürət qatarlarının hərəkəti dayandırılıb.

