Bakının Binəqədi rayonunda polis əməkdaşları avtomobil və motosiklet oğurluğunda şübhəli bilinən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, polisə vətəndaşdan VAZ-21011 markalı avtomobilin oğurlanması ilə bağlı müraciət daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən S. Sultan-zadə saxlanılıb. Oğurlanan avtomobil qanuni sahibinə qaytarılıb.
Bununla yanaşı, həmin rayonda motosiklet oğurluğunda şübhəli bilinən İ. Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.

