Sankt-Peterburqda “Atmosfera” ticarət mərkəzinin foodcourt zonasında 17 yaşlı idmançı bıçaqlanıb. Bu barədə “Fontanka” məlumat yayıb. Hadisə martın 19-u axşam saatlarında Komendantskaya meydanında baş verib. Yeniyetmə futbol oyunundan sonra dostları ilə birlikdə yemək yeməyə gəlib. Məlumata görə, yanaşı masada oturan qrupla mübahisə yaranıb. İddia olunur ki, qarşı tərəf onlara “səhv baxıldığını” düşünüb. Hücum edənlərdən biri idmançıya arxadan yaxınlaşaraq onu saçından tutub və üz nahiyəsinə bir neçə bıçaq zərbəsi endirib. Hadisədən sonra şübhəlilər qaçıblar, lakin onların görüntüləri müşahidə kameralarına düşüb. Zərərçəkən xəstəxanaya çatdırılıb və ona çənə-üz əməliyyatı aparılıb. Yeniyetmənin anası polisə müraciət edərək bildirib ki, hadisə zamanı mühafizə və ticarət mərkəzi əməkdaşları kömək göstərməyib. Faktla bağlı cinayət işi başlanıb.
Rusiyada idmançı “səhv baxışa görə” bıçaqlandı
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

