Abşeronda amansız qətl hadisəsi baş verib
Den.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
1990-cı il təvəllüdlü Heybət Quliyev bıçaqlanıb.
Belə ki, Heybət Quliyev, İlkin adlı şəxslə aralarında baş verən mübahisə zamanı bıçaqlanıb. Mübahisə gedişində İlkin adlı şəxs Heybət Quliyevin şah damarına bir neçə bıçaq zərbəsi endirib.
Bıçaqlanan şəxs elə hadisə yerində ölüb.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Nizami Rəsulov
Den.az