Lənkəranda azyaşlını avtomobil vurdu
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanabad qəsəbəsində qeydə alınıb.
Məlumata görə, yerli sakin VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən 4 yaşlı qızı vurub. Sürücü dərhal uşağı Lənkəran Mərkəzi Rayon Xəstəxanasının təcili yardım şöbəsinə çatdırıb.
Tibb müəssisəsindən bildirilib ki, 2022-ci il təvəllüdlü uşaqda travmatik şok, qapalı kəllə-beyin travması, sağ alın nahiyəsində açıq yara və hematoma aşkarlanıb. Hazırda o, reanimasiya şöbəsində saxlanılır.
Qeyd olunub ki, hadisədən əvvəl uşağın anasının icazəsi ilə qonşu qadın onu parka aparıb.
Faktla bağlı araşdırma aparılır.

