Yaponiyanın şimalında, Tokioya yaxın ərazilərdə güclü zəlzələ baş verib. Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanlar Toçigi və İbaraki prefekturalarında hiss olunub və intensivliyi Yaponiyanın 7 ballıq şkalası üzrə 5 bal olaraq qeydə alınıb.
“Bu gücdə zəlzələlər zamanı çilçıraqlar yellənir, mebel aşır və yollar zədələnə bilər”
Buna baxmayaraq, seysmoloqlar sunami təhlükəsinin olmadığını açıqlayıb və vəziyyətin nəzarət altında olduğunu bildirib.
Rəsmi qurumların məlumatına görə, şəhər infrastrukturuna müəyyən ziyan dəyə bilər, lakin ən vacib məqam odur ki:
Əhalinin həyatı üçün birbaşa təhlükə qeydə alınmayıb.

