17 
apr
2024
18:53
109
Yuxarı
Yaponiyada iki güclü zəlzələ oldu
17 apr, 2024
18:53
109
Yaponiyada iki güclü zəlzələ oldu
Yaponiyanın qərbindəki Ehime prefekturasının sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib.
“Den.az” xəbər verir ki, bu haqda Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, 6,4 bal gücündə zəlzələ yerli vaxtla saat 23.14-də, 5 bal gücündə isə 23.19-da baş verib.
6,4 bal gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 bal gücündə isə 40 kilometr dərinlikdə qeydə alınıb.
Ehime, Koçi, Oita və Xirosima prefekturalarında hiss olunan zəlzələlərdən sonra sunami xəbərdarlığı verilməyib.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Çox oxunanlar