Ukrayna ərazisində gedən döyüşlər zamanı Naxçıvanın Şahbuz rayonundan olan Rüstəm Mustafayev həlak olub.
Bu barədə Ukraynadakı Azərbaycan diasporu məlumat yayıb.
Bildirilir ki, o, Ukrayna Silahlı Qüvvələrinin 128-ci ayrı dağ-hücum briqadasının 1-ci dağ-hücum batalyonunun tərkibində xidmət edib.
Məlumata görə, Rüstəm Mustafayev Zaporojye vilayəti uğrunda gedən döyüşlərdə həyatını itirib.
Qeyd olunur ki, onun qardaşı hazırda da cəbhədə döyüşlərdə iştirak edir.

