Nyu-Yorkda Mərkəzi Vağzal metro platformasında insanlara maçete (dəhrə) ilə hücum edən şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib, bu barədə The New York Post polisə istinadən məlumat yayıb.
Məlumata görə, 85 yaşlı kişi, 70 yaşlı qadın və 65 yaşlı kişi olmaqla üç yaşlı şəxs xəsarət alıb. Bundan əlavə, iki polis əməkdaşı da yaralanıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabil qiymətləndirilir. Hücum edən şəxsin kimliyi açıqlanmır.

