Türkiyə mətbuatının məlumatına görə, Diyarbakırın Çınar rayonunda nişandan qayıdanların olduğu avtomobil aşıb.
Qəza nəticəsində 3 nəfər yaralanıb. Yaralılardan 2-si aparıldıqları xəstəxanada həyatını itirib.
Qəza xəbərini alan yaxınlarından Hıdır Bulut isə hadisə yerinə gedərkən infarkt keçirərək vəfat edib.


