Avstraliyada keçirilən avtomobil yarışı zamanı gözlənilməz qəza baş verib — yarış iştirakçılarından birinin idarə etdiyi avtomobil nəzarətdən çıxaraq tamaşaçıların üstünə çırpılıb.
7News kanalının məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti kəskin ağır olaraq qiymətləndirilir.
Hadisə yerinə təcili yardım və polis cəlb olunub, qəzaya səbəb olan amillər araşdırılır.

