29 
apr
2024
22:13
331

SON DƏQİQƏ: Avtobus uçuruma aşdı - ölənlər var

29 apr, 2024
22:13
331

SON DƏQİQƏ: Avtobus uçuruma aşdı - ölənlər var

Dəhşətli yol qəzası olub.

Den.az  xəbər verir ki, hadisə Peruda qeydə alınıb. 

BBC məlumat yayıb ki, sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb.

Xəbərə görə, Soroçuko bölgəsindən Kajamarka şəhərinə gedən avtobus Celendin şəhər magistralında 200 metrlik uçuruma düşüb.

Qəzada 23 nəfər həyatını itirib, bəziləri ağır olmaqla 15 nəfər yaralanıb.

Celendin Bələdiyyə Başçısı Jaime Herrera ölənlərin sayının arta biləcəyini və bəzi cəsədlərin Sendamal çayına düşmüş ola biləcəyini bildirib.

Qəza yerinə çoxlu yanğınsöndürən və mülki müdafiə qrupları göndərilib.

Qəza ilə bağlı araşdırmaya başlanılacağı paylaşılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar